Əqrəb bürcü haqqında tam məlumat

Ümumi Məlumat

Əqrəb

Bazar, 4 Dekabr 2016

Element - Su
Xüsusiyyət - Sabit
Qiymətli Daşı - Opal
Məşhurlar - Martin Luther, Alfred Nobel, Pablo Picasso, Marie Curie, Indira Gandhi, Katherine Hepburn,Dostoyevski, Troçki, Albert Camus, Voltaire

Su qrupundan olan Əqrəb bürcünün vəzifəsi özünə qarşı başqalarının duyğularını gücləndirmək və qalıcı hala gətirməkdir. Əqrəb bürcünün məqsədi başqasının qərara gəlməsini, bu qərarda qalmasını və inkişafını təmin etməkdir. İnsanlar arası əlaqələrdə, satış işlərində, bazarlıqda çox yaxşıdırlar. Nəzarət etmə istəyi üzündən qısqanc və mühafizəkar ola bilər. Əqrəb bürcündən bir çox insan yaxşıdır, hətta çox yaxşıdır amma pisləşincə qorxunc tiplər ola bilərlər. Əqrəb bürcündən olan bir adamın içində böyük bir enerji qaynağı olduğunu hiss edərsiniz. Onun fikirini dəyişdirməniz haradasa qeyri-mümkündür. Sabit qrupdan aldığı xüsusiyyətlərə görə çox inaddır. Yenə bu xüsusiyyətinə görə sevdiklərinə çox bağlıdır. Əqrəb bürcü sıx ehtiraslarından ötəri ovsunlayıcı ola bilərlər. Solğun sarımtıl rəngdə bir əqrəb, təbii olaraq bu bürcün simvolu hesab olunur.
Zodiakın səkkizinci bürcü, güc, nüvə enerji, yeraltı, ölüm və yenidən doğuşu təmsil edən Pluton planetinin idarə etdiyi Əqrəblər. Su qrupundan olan Əqrəblər sabit xüsusiyyət daşıyarlar. Astrologiyada səkkizinci ev, doğum ölüm, yenidən doğuş və sekslə əlaqədardır. Əqrəbin ikinci planeti də cinsi enerji, atılım və cəldliyin planeti Marsdır. Bəlkə də bu səbəblə ölüm, ehtiras, dərinlik, qısqanclıq, güc, seks, qüdrət kimi mövzular Əqrəblərlə yaxından əlaqəlidir. Əqrəbin seks mövzusundakı əfsanəsinin təməl qaynağı da budur

Sıx enerji

Əqrəblər Zodyakın ən sıx, ən əngin, ən güclü xarakteridir əslində. Ümumiyyətlə Əqrəblər son dərəcə idarəli, sakit görünərlər. Halbuki bu xaricdəki itaətliliyin altında, romantik enerjiləri səssiz bir agitasiya ilə axar. Səthdəki sakit dənizin dərhal yanında bir vulkan qaynamaqdadır. Bu qaynayan vulkanı hər kəs fərq edə bilməz. Ancaq hissləri açıq kəslər; bu basdırılmış aqqressiyanı, qatı məcburediciliyi, maqnetik sıxlığı, sakit görünüşün altında gizlənən qəribə hipnotik şəxsiyyəti anlaya bilər. Əqrəblər ənənəvi ictimai mühitlərdə, zövqlü söhbətlər edən, qürurlu, bir az içə dönük, cana yaxın və nəzakətli insanlar olaraq görünərlər. Ancaq nüfuz edici baxışları, ətrafındakıların içinə işlər və insanlar özlərini Əqrəblərin qarşısında çılpaq, müdafiəsiz hiss edərlər. Ehtiyatlılıq gündəlik həyatlarında Əqrəblərin ayrılmaz bir parçasıdır. Öz özlərini nizamlamağa hədsiz dərəcədə ehtiyac duyarlar, çünki özlərini digər insanlardan ayıran xüsusiyyətlərinin fərqindədirlər. Sıx enerjilərini buraxılsa olacaqlardan ürkməkdədirlər əslində. Bu yaradılışlarının yaxşıya da, pisə də istifadə edilə biləcəyini bilərlər. Razısalma qabiliyyəti, dözmə gücü olan Əqrəblər inanılmaz bir inada və müdhiş bir iradə gücünə sahibdirlər. Bütün bu iradə gücünə baxmayaraq, sıx bir həssaslıqları vardır və duyğuları asanca hərəkətə keçər. Həddindən artıq həssasdırlar. Onlar üçün ya həmişə ya da heç qanunu əsasdır. Sevdikləri və sevmədikləri qəti xəttlərlə ayrılmışdır. Asan inciyə bildiklərini bildikləri üçün, pis niyyətli olsun olmasın ən kiçik bir yaralama və alçaltmağı dərhal fərq edərlər. Bunu fərq edər etməz də, vəhşi bir hirsə qapılarlar. Bu vəhşilik, özünü dağıdıcı sözlərlə aşkar edər. Onları incidənlərə verdikləri qarşılıq həyat boyu unudulmayacaq bir düşmənlik nümayişi, hərəkəti olacaq. Çünki Əqrəblər nifrət etdikləri biri ya da bir şeyə qarşı yalnız tənqidi bir vəziyyət almaqla kifayətlənməzlər. Ancaq hər vaxt vəziyyət bu qədər pis olmaz. Sıx enerjilərini qurucu bir şəkildə ram edər, özünə etibarlarını hiyləgərliklə yüngülləşdirər və məqsədlərini onları sevənlərə alicənablıqla yönəldərlər.

Bağışlamağı bilməzlər

Yoldaşlarıyla ancaq onlar lider mövqesində olduqlarında əlaqə qura bilərlər. Xarakterlərini anlamayan kəslərə qarşı müdhiş bir korluq inkişaf etdirmişlər. Qəsdən və zalımlıqla bütün kinlərini aşkar edərlər. Çox tələbkardırlar, səhvləri bağışlamazlar. Bəlkə də bunun səbəbi öz qüsurlarının fərqində olmamalarıdır. Əslində özlərinə duyduqları nifrəti, yoldaşlarına qarşı məntiqsiz bir incimək şəklində ifadə etməkdədirlər. Buna baxmayaraq Əqrəblərin çox möhkəm dostluqları vardır. Əqrəblərin mənfi yanlarından biri də artıq lazımlı olmadıqlarında yoldaşlarından uzaqlaşmalarıdır. Ancaq yaxşı xasiyyətli bir Əqrəb bu xüsusiyyətinin fərqindədir və bununla mübarizə etməyə çalışar. Əqrəblər məntiqi zəkalarını təxəyyül və hiss ilə tarazlıqlaya bildikləri üçün şanslıdırlar. Doğuşdan sahib olduqları, tənqidi qəbul qabiliyyəti və analiz tutumu sayəsində ümumiyyətlə ortalamanın çox çox üzərində bir mükəmməlliyə çatarlar. Əqrəblərin Zodiakdakı bütün bürclərdən çox dahiliyə çatma tutumları vardır.

Xarizmatik və kindar

Ancaq bu xarizmatik, Əqrəb xarakteri səhv yola sapsa pisliyin, azğınlığın uc nöqtələrinə irəliləyə bilər. Əqrəb təbiətinin zərərli meylləri digər bürclərdəkilərdən çoxdur. Ənənəyə qarşı üsyankar meyllər göstərə bilərlər. Siyasi radikallıq, mövcud nizama olan nifrət onları mərhəmətsiz terroristlər halına gətirə bilər. Pusquda gözləyən kinçilikləri, aqqressivlik və zalımlıq, qürur, mərəzi qısqanclıq kimi həddindən artıq uclar Əqrəblərin pis cəhətlərindəndir. Bir başqa ekstrem uc isə Əqrəblərin təxirə salma xəstəliyidir. Böyük və sıx tutumlarına baxmayaraq, gərək Əqrəb kişiləri gərəksə qadınlarında tənbəllik meyli görülə bilər və özünün bu halına göz yuma bilər. Hərəkətə keçmək yerinə, yaxın dostlarının dəstək və tərifini tələb edərlər.

Sirrə duyulan maraq

Əqrəb saysız hesabsız qabiliyyətlə doğulmuşdur. Bu səbəblə bir çox sektorda böyük müvəffəqiyyətlər əldə edərlər. İçlərindəki sıxlıq çölə buz kimi bir özünü idarə və uzaqlıq olaraq əks olunduğundan, soyuqqanlılıq göstərilməsi lazımlı peşələrdə, xüsusilə müvəffəqiyyətli olarlar; cərrahlıq, elm adamlığı, ordu kimi. Analiz, araşdırma, sirr həll etmə ilə əlaqədar hər peşə onlara uyğundur. Bu səbəblə polis, dedektiv, agent, hüquqçu, psixiatr ola bilərlər və bu sahələrdə sözün hər anlamıyla bir ustad olma tutumları vardır. Ayrıca çox inandırıcı vaizlər və çox müvəffəqiyyətli diplomatlar da Əqrəblər arasından çıxar. Sirrə, bilinməyənə, okkultizmə maraq duyarlar; bu səbəblə fərqli təcrübələr yaşamaq üzrə həqiqətin digər tərəfindəki bir çox sahəyə doğru büdrəyə bilərlər.

Seksual əqrəb

Əqrəb seksualizmin simvoludur. Əqrəblər ehtiraslı aşiqlərdir və bütün bürclər içində bədənsəl olaraq, ən enerjili olanlar yenə Əqrəblərdir. Əqrəblər üçün sevişmək, sevdikləriylə müqəddəs bir mərasim icra etmək mənasını daşıyar. Ona görə sevişmək, içəridəki və ruhdakı gözəlliyin çölə əks etdirilməsidir. Sevişərkən, özlərindən də uzaqda, özlərini aşan bir şəkildə, mistik bir vəcdlə sevgililəriylə birləşər və bu birləşmənin mənasını böyük bir "bir"liyin meydana gəlməsi olaraq görərlər. Bu birləşmə bədənlərin olduğu qədər ruhların da evliliyini reallaşdırmaq üçün edilər. Seks bu səbəblə Əqrəb üçün çox əhəmiyyətlidir. Ehtirasın ən yüksək nöqtələrini içlərində saxlayarlar. Ancaq bəzən bu ehtiras onları pozğunluq və azğınlığa da apara bilər. Fiziki zövqlərin və erotizmin sadist bir canavarı halına gələ bilərlər. Duyğuları o qədər sıxdır ki; eşqləri ən yüksək səviyyədə və ideala ən uyğun olduğu zaman belə; özlərini tragik, şiddət dolu bir vəziyyətin içində və qarabəxtli bir aşiq olaraq görə bilərlər.

Fərqli ulduz falı seçin