Aylıq Əkizlər bürcü haqqında dəqiq proqnoz

Aylıq Ulduz Falınız

Əkizlər

Şənbə, 27 May 2017

May 2017 asanca maneələrlə və ya qarşıdurmayla korlana biləcək ehtiras dolu bir ay olacaq. Əkizlərin eşq və erotizm evində bol qaynaqları olan və həyat enerjisiylə dolu Yupiter yer alacaq. Lakin Yupiter bəzən sərhəd tanımır və əgər sərhədlərini aşsa divara toxunacaq, çünki artıq eyni evin idarəçisi Venera ilə pis əlaqələr içində olacaq. Əkizlər bürcündə ehtiraslı, istək dolu və bir az dəlisov Mars olacaq. Çox təəssüf ki, bu ay Mars dumanlı Neptunla kvadrat və Əkizlərin cütlər evində olan qatı Saturnla zidd bucaqlar yaradır. Bu konfiqurasiya da sizi baş qarışdırıcı və ya xəyal qırıqlığıyla dolu vəziyyətlərə sala bilər. Buna görə eşq həyatınızdakı çətinlikləri minimum şəkildə tutmaq üçün sizi yolunuzdan çıxaracaq şeylərin, tələlərin və maneələrin arasında ustalıqla yolunuzu tapmalısınız. Əkizlərin idarəçisi Merkuri 3 May 2017 - dən etibarən xətti hərəkətinə qaldığı yerdən davam edəcək, beləcə məhsuldarlığınızın artması gözlənilə bilər. Təşəbbüs planeti Mars Əkizlər bürcündə olacaq. Ümumiyyətlə Mars cəsarət, dayanıqlılıq və döyüşmə ruhu təmin edir. O bəzi şeyləri hərəkətə gətirə bilər, bəlkə də sizə bəzi hədəflərinizi işıqlandırmaq üçün köməkçi ola bilər. Hər vəziyyətdə elə görünür ki, daha çox səy göstərəcək, bir şey üçün döyüşmək məcburiyyətində qalacaq və işlərlə hər vaxtkından daha çox maraqlanacaqsınız. Səbirli olmalısınız, çünki ancaq siz səy və səbirlə işləri yoluna qoya bilərsiniz. Əkizlərin gəlirləri May 2017 boyunca təmin edici olacaq, lakin xərclər hər zamankından daha çox ola bilər. Əkizlərin idarəçisi Merkurinin düz hərəkətinə davam etməsi yaxşıdır. Beləcə siz özünüz kimi davrana bilərsiniz. Bunun xaricində Marsın da Əkizlərdə olması sizə hədsiz enerji verəcək və son 10 gündə - 20 Mayda bürcünüzə keçəcək olan - Günəş canlılığınızı artıracaq. Lakin bütün bunlar diqqətsiz olmanız mənasına gəlmir. Sağlamlığınız sizə gözlənilməz problemlər gətirə bilər və yaralanma və qəza riski də mövcuddur. Diqqətli olun!

Fərqli ulduz falı seçin